Yuxarı

​Türkiyənin Dənizli vilayətində 50 polis işdən xaric edilib

Qaçmış 9 hakim və prokuror haqda həbs qərarı verilib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin Dənizli vilayətində dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaqın gedişində vilayətin polis departamentinin daha 50 əməkdaşı işdən xaric edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dənizli Vilayəti polisinin qərargahının FETÖ ilə bağlı təhqiqatı zamanı işdən azad olunanlar sırasında şöbə rəhbərləri və polis komissarının köməkçisi də var.

Dövlət çevrilişinə cəhddən sonra başlayan istintaqın gedişi zamanı bir qədər əvvəl vilayətin polis departamentində aralarında polis rəisi, komissar köməkçilərinin də olduği 63 nəfər işdən kənarlaşdırılıb, 3 polis rəisi və 3 komissar köməkçisi həbs edilib.

Ümumiyyətlə Dənizlinin hüquq-mühafizə orqanlarında 1170 nəfər işdən çıxarılıb, 560 nəfər istintaqa cəlb olunub, 88 nəfər həbs edilib. İşdən çıxarılmış 23 hakim və 14 prokuror həbs edilib.

Qaçmış 9 hakim və prokuror haqda həbs qərarı verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi