Yuxarı

Türkiyənin daha bir tank tağımı Suriya ərazisinə daxil olub

Tanklar Cerablus istiqamətində yola düşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin daha bir tank tağımı Suriyanın Cerablus bölgəsinə daxil olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, avqustun 25-də terrorçu İŞİD-ə qarşı mübarizənin ikinci günü daha 10 tank Suriya sərhədini keçərək, Cerablus istiqamətində yola düşüb.

İnformasiyaya görə, bu tağım ötən gün Suriya ərazisinə daxil olan tanklardan ibarət qrupa qoşulacaq. 

Qeyd edək ki, avqustun 24-də axşam saatlarında Cerablus İŞİD-dən təmizlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi