Türkiyənin cənub-şərqində terrorçular polis əməkdaşlarına atəş açıblar

Türkiyənin cənub-şərqində terrorçular polis əməkdaşlarına atəş açıblar Atışma zamanı xəsarət alan olmayıb
Region
23 Avqust , 2015 22:21
Türkiyənin cənub-şərqində terrorçular polis əməkdaşlarına atəş açıblar

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətində terrorçular polis əməkdaşlarına atəş açıblar.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçuların Nusaybin rayonunda qazdıqları xəndəkləri doldurmaq istəyiblər. Bu zaman terrorçular iriçaplı silahlardan atəş açıblar. Polis əməkdaşlarının hücuma qarşılıq verməsi ilə ərazidə atışma başlayıb.

Xəsarət alan olmayıb. Hadisə yerindən qaçan silahlı şəxslərin axtarışı davam edir.

Son xəbərlər

Orphus sistemi