Türkiyənin cənub-şərqində 5 hərbçi yaralanıb

Türkiyənin cənub-şərqində 5 hərbçi yaralanıb Yaralılardan birisinin vəziyyəti ağırdır
Region
8 Fevral , 2016 21:42
Türkiyənin cənub-şərqində 5 hərbçi yaralanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhülkəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan silahlı toqquşmalarda beş hərbçi yaralanıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər Diyarbəkirin Hərbi Hospitalına çatdırılıb. Onlardan birisinin vəziyyəti ağırdır.

Diyarbəkirdə barikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi üçün mərkəzi Sur rayonunda dekabrın 2-dən bəri tətbiq olunan 24 saatlıq küçələrə çıxma qadağası hələ də qüvvədə qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi