Türkiyənin baş naziri silahlı iğtişaşlara qalxanların rütbəsini açıqlayıb

Türkiyənin baş naziri silahlı iğtişaşlara qalxanların rütbəsini açıqlayıb Binəli Yıldırım hazırda vəziyyətin kontrol altında olduğunu vurğulayıb
Region
16 İyul , 2016 06:30
Türkiyənin baş naziri silahlı iğtişaşlara qalxanların rütbəsini açıqlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ötən gecə ölkədə baş verən iğtişaşa qalxan şəxslərin çoxunun polkovnik və daha yuxarı rütbəli zabitlər tərəfindən yönləndirildiyini açıqlayıb. “Report” xəbər verir ki, CNN Turk-ə müsahibə verən B.Yıldırım qeyd edib ki, silahlı əməliyyatlar zamanı 130-dan artıq şəxs saxlanılıb. O saxlanılanlardan müxtəlif rütbəli zabitlərin olduğunu bildirib, general rütbəli birinin isə öldürüldüyünü vurğulayıb: “Silahlı iğtişaşa cəhd edənlərin polkovnik və daha yuxarı rütbəli zabitlər olduğu müəyyənləşdirilib”.

Baş nazir silahlı çevriliş cəhdi edənlərin terrorçulardan daha təhlükəli olduğunu da vurğulayıb: “Təəssüf ki, millətin pulu ilə alınan silahlarla xalqa atəş açdılar. Bu da onların gözlərinin qanla dolu olduğunu göstərdi. Bunlar terror qruplaşmasından daha təhlükəlidir”.

Binəli Yıldırım hazırda vəziyyətin kontrol altında olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi