Yuxarı

​Türkiyənin baş naziri: "Rusiyanın Suriyada bombaladığı 6 min yerin hər biri haqda məlumatımız var"

Əhməd Davudoğlu: Suriya məsələsində ən çox ABŞ və Rusiya səmimi olmalıdır

Bakı. 9 fevral. REPORT.AZ/ "Rusiyanın Suriyada bombaladığı 6 min yerin hər biri haqda əlimizdə məlumatlar var. Bunların hamısı dinc sakinlərin yaşadığı yerlərdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, Suriyada I Dünya savaşından indiyədək belə bir zülm yaşanmayıb: "Qurtuluş savaşı illərində, müstəqillik uğrunda mübarizə başlayanda Türkiyənin Qəhramanmaraş, Qaziantəp və Şanlıurfadakı mücadiləyə Suriyanın Hələb bölgəsindən də dəstək olub. Dünya tərk etsə də biz suriyalı qardaşlarımızın yanında olacağıq.

Ə.Davudoğlu vurğulayıb ki, çoxu İran və Livandan olan silahlılar Hələbə gedən humanitar dəhlizi bağlayırlar: "Biz canını qurtarmaq istəyən qardaşlarımızın heç birini darda qoymayacağıq. Suriya məsələsində ən çox ABŞ və Rusiya səmimi olmalıdır.

SSRİ Əfqanıstana girərək, oranı zəlil kimi necə tərk etdisə, bu gün Suriyaya girənlər, Hələbi bombalayanlar da zəlil olaraq, oranı tərk edəcəklər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi