Yuxarı

​Türkiyənin baş naziri Portuqaliya və ABŞ-a səfər edəcək

Əhməd Davudoğlu BMT baş katibi Ban Ki-munla görüşəcək

Bakı. 26 fevral. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Portuqaliya və ABŞ-a rəsmi səfər edəcək.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu martın 3-7-də həyata keçirəcəyi səfər çərçivəsində Portuqaliyanın eks-prezidenti Jorge Sampaio ilə görüşəcək, Lissabon Mərkəz Camisini ziyarət edəcək, həmçinin şəhid diplomatların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq.

Portuqaliya prezidenti Cavaco Silva tərəfındən də qəbul ediləcək Ə.Davudoğlu bu ölkənin baş naziri Pedro Passos Coelho ile təkbətək görüşəcək. Hər iki ölkənin baş naziri I Türkiyə-Portuqaliya Hökumətlərarası Komissiyanın işində iştirak edəcək və anlaşma memorandumlarının imzalanması mərasiminə qatılacaq, daha sonra birgə mətbuat konfransı keçirəcəklər. Ə.Davudoğlu Portuqaliya baş nazirinin onun şərəfinə verəcəyi ziyafətdən sonra ABŞ-a yola düşəcək.

Türkiyənin baş naziri Nyu-Yorkda "Goldman Sachs", "City Bank" investorları ilə bir araya gələcək, Amerikan Türk Dərnəklərinin rəhbərləri ilə görüşəcək. Ə.Davudoğlu BMT baş katibi Ban Ki-munla görüşdükdən sonra türk jurnalistlərin suallarını cavablandıracaq. Bundan başqa, Türkiyənin baş naziri "Bank of America" və "Merrill Lynch Portfoy" investorları ilə görüşəcək, CFR-nin illik konfransında iştirak edəcək. Ə.Davudoğlu BMT Təhlükəsizlik Şurasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə düzənlənəcək tədbirə də qatılacaq, çıxış edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi