Yuxarı
    Bağlamaq

    ​Türkiyənin baş naziri: "Müdafiə sənayesində yerli istehsala üstünlük verəcəyik"

    O, silahlı pilotsuz uçan aparatın hazırlanmasında da önəmli irəliləyiş əldə edildiyini vurğulayıb

    Bakı. 9 mart. REPORT.AZ/ "Bu gün nəzərdən keçirdiyimiz 5,9 milyard dollarlıq layihələrin 4,5 milyard dolları yerli istehsala aiddir".

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Müdafiə Sənayesi İcraiyyə Heyətinin toplantısında bildirib.

    "Müdafiə sənayesində yerli istehsala üstünlük verəcəyik", - deyə baş nazir vurğulayıb.

    Onun sözlərinə görə, piyadaların istifadə etdiyi tüfəngi bu il sınaqdan keçirəcəklər. O, silahlı pilotsuz uçan aparatın hazırlanmasında da önəmli irəliləyiş əldə edildiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi