Yuxarı
    Bağlamaq

    Türkiyənin baş naziri İstanbuldakı terror aktının İŞİD tərəfindən törədildiyini ehtimal edir

    Binəli Yıldırım Atatürk adına Hava Limanına gəlib

    Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım terror aktının törədildiyi İstanbulun Atatürk adına Hava Limanına gəlib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, baş nazir partlayışların baş verdiyi ərazidə olub. 

    Binəli Yıldırım partlayışların İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini ehtimal edib. O, qeyd edib ki, 36 insanın həyatına son qoymuş qanlı hadisənin arxasında İŞİD terrorçuları dayanır. 

    Baş nazir terror aktı zamanı ölənlər arasında xarici ölkə vətəndaşlarının da olduğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi