Yuxarı

​Türkiyənin baş naziri Ankarada terror zamanı ölənlərin sayını açıqlayıb

Paytaxtda terror nəticəsində 99 nəfər həyatını itirib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 10-da Ankarada törədilən terror aktı nəticəsində ölənlərin sayını açıqlayıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, paytaxtda 99 nəfər terror hücumunun qurbanı olub.

Nazir əlavə edib ki, ölənlərdən 94 nəfərin meyiti dəfn edilməsi üçün ailələrinə təhvil verilib.

Şəhərin Tibb Palatası əməkdaşlarının məlumatına görə isə, terror nəticəsində 106 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi