Yuxarı

Türkiyənin baş naziri: “Afrin əməliyyatları Avropada da, dünyada da sülh üçündür”

Türkiyənin baş naziri: “Afrin əməliyyatları Avropada da, dünyada da sülh üçündür”
“Terrorçularla əməkdaşlıq edənlər bölgədə sülhü təhlükəyə atır”
Türkiyənin baş naziri Binəli Yıldırım

Bakı. 3 mart. REPORT.AZ/ “Afrindəki əməliyyatlar Avropada da, dünyada da sülh üçündür””.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) Konya əyaləti təşkilatının növbəti konfrasındakı çıxışında Afrində “Zeytun budağı” antiterror əməliyyatından danışarkən deyib.

“Afrin mühasirə vəziyyətindədir. Sərhədlərimizə yaxın bölgələrin hamısını terror yuvalarından təmizlədik. İndi isə əsgərimiz, xüsusi təyinatlılarımız, jandarmamız, polisimiz, təhlükəsizilik qoruyucularımız və Azad Suriya Ordusunun igidləri addım-addım Afrinə doğru irəliləyir. Bu gün Afrin, sabah başqa bir yer.

Terrorçularla əməkdaşlıq edənlər bölgədə sülhü təhlükəyə atır. Qanuni bir dövlət terror qruplaşması ilə əməkdaşlıq etməz. Terror qruplaşmalarına rəğbət bəsləyənlərin əlinə qan yaxılar”, - deyə Binəli Yıldırım vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi