Yuxarı
    Bağlamaq

    ​Türkiyənin 7 əyalətində antiterror əməliyyatı keçirilib

    Əməliyyatlar nəticəsində 12 nəfər tutulub

    Bakı. 18 fevral. REPORT.AZ/ Təhlükəsizlik orqanları Türkiyənin 7 əyalətində eyni vaxtda antiterror əməliyyatı keçiriblər.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub.

    Əməliyyatlar ölkənin Ankara, Adana, Bolu, Tekirdağ, İzmir, İstanbul və Diyarbəkir əyalətlərində keçirilib .

    Qeyd edək ki, fevralın 17-də Ankaradakı terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi