Yuxarı

​Türkiyənin 5 şəhərində terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 59 nəfər tutulub

Onların bir hissəsi Suriya keçmək istəyirmiş, bir qrupu isə Türkiyə ərazisində terrorlar törətməyi planlaşdırırmış

Bakı.13 yanvar. REPORT.AZ/ Türkiyənin Ankara, Kilis, Şanlıurfa, Mersin və Adana şəhərlərində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının üzv olmaqda şübhəli bilinən 59 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, onların bir hissəsi Suriyaya keçmək istəyirmiş, bir qrupu isə Türkiyə ərazisində terrorlar törətməyi planlaşdırırmış.

Tutulanlar ölkənin təhlükəsizlik idarəsində saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi