Türkiyənin 5 əyalətində kəskin hava şəraitinə görə məktəblər bağlanıb

Türkiyənin 5 əyalətində kəskin hava şəraitinə görə məktəblər bağlanıb Meteoroloqlar ölkənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman əyalətlərində buzlanma və don olacağı ilə bağlı xəbərdarlıq edib
Region
6 Dekabr , 2016 16:27
Türkiyənin 5 əyalətində kəskin hava şəraitinə görə məktəblər bağlanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyənin Rize, Artvin, Bitlis, Van və Hakkari əyalətlərinin bəzi rayonlarında güclü qar yağması ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, Türkiyənin Güney Ege və Batı Akdeniz bölgələrində hava qismən buludlu və yağmurludur.

Məlumata görə, meteoroloqlar ölkənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman əyalətlərində buzlanma və don olacağı ilə bağlı xəbərdarlıq edib. 

Son xəbərlər

Orphus sistemi