Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib

Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib Onlar NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət keçən yüksək rütbəli zabitlərdir
Region
28 Yanvar , 2017 13:53
Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli zabitlərdir və NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət edirlər. 

Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və Almaniya Daxili İşlər Nazirliyindən onların vəsatətinə adi qaydada baxılacağı bildirilib. 

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin fevralın 2-də Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi