Yuxarı

Koronavirusun qarşısının alınmasının yolu açıqlandı

Türkiyəli mütəxəssis koronavirusun qarşısını almağın yolunu açıqladı
Dinlə

3965

Levent Yamanel

“Əgər qaydalara əməl etsək, iki-üç həftəyə kritik həddə yetişib dönüş yarada biləcəyik”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Koronavirus Elmi Şurasının üzvü, Gülhanə xəstəxanasınının intensiv terapiya və daxili xəstəliklər üzrə mütəxəssisi, professor, doktor Levent Yamanel deyib.

“Biz dönüş yarada bilsək, o zaman iki-üç ay ərzində koronavirusu nəzarət altına almaq ehtimalımız olacaq. Əgər biz qaydalara əməl etməsək, onda işimiz çox olacaq və bu da vaxtımızı çox alacaq. Ona görə də tədbirlərə əməl etmək, evdə qalmaq lazımdır. Biz bəzi ölkələrdə dönüşü müşahidə etdik. Ancaq onlar tədbirləri zəiflədən kimi infeksiya yenidən yayılmağa başlayıb. Ona görə də ehtiyatlı olmalı, daha doğrusu, tədbirləri zəiflətməməliyik”, - o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi