Türkiyəli hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub

Türkiyəli hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri ABŞ ilə regionda təhlükəsizliyin təmin edilməsi barədə razılaşmalar çərçivəsində Suriyanın Mənbic şəhərinə daxil olub.
Region
18 İyun , 2018 17:14
Türkiyəli hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri ABŞ ilə regionda təhlükəsizliyin təmin edilməsi barədə razılaşmalar çərçivəsində Suriyanın Mənbic şəhərinə daxil olub.

Bu barədə "Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Telekanal Mənbicdə olduğu deyilən və üzərində Türkiyə bayrağı olan zirehli vasitələrin fotoşəkillərini göstərir.

Qeyd edək ki, ötən həftə Türkiyə Baş Qərargahı Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Mənbic şəhəri üzrə "yol xəritəsi"nin tətbiqinə dair razılığa gəldiklərini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi