Türkiyəli general terrorçulardan təmizlənən Burseya dağına baş çəkib

Türkiyəli general terrorçulardan təmizlənən Burseya dağına baş çəkib İsmail Metin Temel Burseyda əsgərlərlə görüşüb, hərbi əməliyyatların gedişi və bölgədəki vəziyyət barədə məlumat alıb, tapşırıqlar verib
Region
29 Yanvar , 2018 16:50
Türkiyəli general terrorçulardan təmizlənən Burseya dağına baş çəkib

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu birləşməsinin komandanı general-leytenant İsmail Metin Temel Suriyanın Afrin bölgəsində terrorçulardan təmizlənən Burseya dağına baş çəkib.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi əməliyyatlara birbaşa komandanlıq edən İsmail Metin Temel Burseyada əsgərlərlə görüşüb, hərbi əməliyyatların gedişi və bölgədəki vəziyyət barədə məlumat alıb, tapşırıqlar verib. 

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyat nəticəsində 597 terrorçu məhv edilib.

Strateji mövqeyə malik Burseya dağı yanvarın 28-də terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD terrorçularından azad edilib. 

Son xəbərlər

Orphus sistemi