Yuxarı
    Bağlamaq

    ​Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçi Afinaya aparılıb

    Buna səbəb kimi onların həyatlarının təhlükə qarşısında olması göstərilib

    Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçi Afinadakı həbsxanalardan birinə aparılıb. 

    "Report" "Hurriyet"ə istinadən xəbər verir ki, buna səbəb kimi onların həyatlarının təhlükə qarşısında olması göstərilib. 

    Məlumata görə, iyulun 26-da qiyamçı hərbçilərin Yunanıstan hökumətindən siyasi sığınacaq tələbinə baxılacaq. 

    Qeyd edək ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb. Yunanıstan hökumətindən siyasi sığınacaq istəyən qiyamçılar iyulun 21-də Dedeağac məhkəməsində hakim qarşısına çıxarılıblar. Onlar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək iki ay azadlıqdan məhrum ediliblər. Bundan sonra qiyamçı hərbçilər Kavala həbsxanasına aparılıblar. Onlardan ikisi mayor, dördü kapitan, ikisi isə gizirdir. Türkiyə Yınanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi