Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib

Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri və ən azı üç saat əvvəl hava limanında olmaları məsləhət görülüb
Region
29 İyul , 2016 15:19
Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, buna səbəb ölkədə dövlət çevrilişi cəhdindən sonra Atatürk Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. 

Məlumata görə, vətəndaşlara aeroporta gələrkən öz şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülüb. Bundan başqa, sərnişinlərə aviareyslərə gecikməmələri üçün uçuşdan ən azı üç saat əvvəl hava limanında olmaları bildirilib.   

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava Limanına girişdə polis şübhəli avtomobilləri, insanları saxlayır və axtarışlar aparır.

Son xəbərlər

Orphus sistemi