Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib

Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir.
Region
20 Avqust , 2018 18:13
Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib

Bakı. 20 avqust. REPORT.AZ/ "Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

"ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib", - Hami Aksoy bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi