Türkiyədə zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb Türkiyənin Elyazıq əyalətində baş vermiş zəlzələdən sonra uçqunlar altından daha bir meyit çıxarılıb.
Region
28 Yanvar , 2020 03:07
Türkiyədə zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb

Türkiyənin Elyazıq əyalətində baş vermiş zəlzələdən sonra uçqunlar altından daha bir meyit çıxarılıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması İdarəsinin rəhbəri Mehmet Güllüoğlu özünün “Twitter”dəki səhifəsində yazıb. 

"Uçqunlar altından zəlzələnin son qurbanının meyitini çıxardılar. Axtarışlar davam edir", - Güllüoğlu deyib.

Qeyd edilir ki, dağıntılar altından 41 nəfərin meyiti çıxarılıb və təcili yardımın maşınında göndərilib.

Türkiyənin şərqində 6,8 maqnitudalı zəlzələ yanvarın 24-də yerli vaxtla saat 20:55-də baş verib. Yeraltı təkanların episentri  Elyazıq əyalətinin Sivrice şəhərində yerləşib.

Son xəbərlər

Orphus sistemi