Türkiyədə zavodda partlayış baş verib

Türkiyədə zavodda partlayış baş verib Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyədə zavodda partlayış baş verib.
Region
23 Avqust , 2018 11:25
Türkiyədə zavodda partlayış baş verib

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyədə zavodda partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə İstanbulun Hadımköy səmtində yerləşən müəssisənin qazanxanasında qeydə alınıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Zavodun yaxınlığında yerləşən evlərdə yaşayan sakinlər təxliyyə edilir.  

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, zavodda yuyucu vasitələr istehsal olunur. 

Son xəbərlər

Orphus sistemi