Yuxarı

​Türkiyədə yüksək rütbəli daha bir hərbçi tutulub

Aksaz Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizinin cənub-şərqində yerləşən bazasıdır

Bakı. 17 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Aksaz dəniz piyadaları mərkəzinin komandanı, polkovnik Aytunc Kan tutulub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, Muğla əyaləti prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Marmaris Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, Aksaz Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizinin cənub-şərqində yerləşən bazasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi