​Türkiyədə yeni konstitusiya ilə bağlı referendum keçirilə bilər

​Türkiyədə yeni konstitusiya ilə bağlı referendum keçirilə bilər Müxalifət partiyaları AKP-nin layihəsini qəbul etmirlər
Region
26 Yanvar , 2016 17:19
​Türkiyədə yeni konstitusiya ilə bağlı referendum keçirilə bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin yeni konstitusiyası ilə bağlı parlament komissiyasında razılıq əldə olunmazsa, 2016-cı ilin oktyabrında referendum keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, ölkə parlamentindəki müxalifət partiyaları hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təqdim etdiyi konstitusiya layihəsindəki prezidentlik idarəetmə üsuluna dair müddəanı qəbul etmirlər. Əgər Türkiyə Böyük Millət Məclisində yaradılan komissiyada razılıq əldə edilməzsə, o zaman məsələ referenduma çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi