Güclü qara görə Türkiyə rayonlarından birində məktəblər bağlanıb

Güclü qara görə Türkiyə rayonlarından birində məktəblər bağlanıb Ağrı ilə yanaşı ölkənin şərqi Anadolu bölgələrinə də güclü qar yağıb
Region
2 Noyabr , 2016 10:48
Güclü qara görə Türkiyə rayonlarından birində məktəblər bağlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda güclü qar yağması səbəbindən təhsilə bir günlük ara verilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, rayon ərazisindəki məktəblər bir günlüyə tətilə buraxılıb.

Diyadin rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, güclü qar yağması davam etdiyindən rayonda əlverişsiz şərait yaranıb: “Ona görə də rayon mərkəzi və bütün kəndlərdəki ibtidai və orta məktəblər bir günlüyə bağlanır”.

Məlumata görə, Ağrıda qar gecə saatlarından yağmağa başlayıb.

Ağrı ilə yanaşı Ərzuruma, Gümüşhaneyə və ölkənin şərqi Anadolu bölgələrində yerləşən digər rayonlara da güclü qar yağıb. 

Son xəbərlər

Orphus sistemi