Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb - VİDEO

Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb - VİDEO Onların arasında bir general və iki polkovnikin olduğu bildirilir
Region
1 İyun , 2017 00:10
Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb - VİDEO
Anadolu

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin Şirnak bölgəsində vertolyotun qəzaya uğraması nəticəsində 13 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, faktı Silahlı Qüvvələrin Baş Qərargahı təsdiqləyib.

Bundan əvvəl KİV 13 nəfərin, o cümlədən bir general, iki polkovnik və dörd zabitin qəza nəticəsində həlak oduğunu yazmışdı.

"Mayın 31-i saat 20.55-də uçuş zamanı elektrikötürücü xətlə toqquşan "Sougar AS 532" tipli vertolyot qəzaya uğrayıb. Helikopterdə 13 nəfər olub. Əldə edilən məlumatlara görə, onlar ölüblər", - deyə Türkiyə hərbi idarəsinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi