Türkiyədə baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə, yaralıların sayı 94-ə çatıb - YENİLƏNİB-3

Türkiyədə baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə, yaralıların sayı 94-ə çatıb - YENİLƏNİB-3 Partlayış zamanı ağır yaralanmış daha 8 nəfər dünyasını dəyişib
Region
21 Avqust , 2016 04:51
Türkiyədə baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə, yaralıların sayı 94-ə çatıb - YENİLƏNİB-3

Bakı. 21 avqust. REPORT.AZ/ Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Turkiyegazetesi.com" Qaziantep valiliyinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, partlayış zamanı ağır yaralanmış daha 8 nəfər dünyasını dəyişib. Bununla da terror aktında ölənlərin sayı 30-a yüksəlib. 

Qeyd edək ki, toy mərasimi zamanı baş vermiş hadisə zamanı 94 nəfər müxtəlif cür xəsarət alıb. 

Qaziantep valisi Əli Yerlikaya hadisənin terror aktı olduğunu bildirib

Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 22 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə Qaziantep valisi Əli Yerlikaya "CNN Türk" telekanalına açıqlamasında bildirib. 

O, qeyd edib ki, hadisə zamanı 94 nəfər xəsarət alıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Qaziantep şəhərində keçirilən toy mərasimində partlayış baş verib. İlkin məlumata görə, kamikadze özünü partladıb.

Hadisənin terror aktı olduğu bildirilir. 


***02:28

Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 13 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Qaziantep valisi Əli Yerlikaya hadisənin terror aktı olduğunu bildirib. Baş nazir Bineli Yıldırımın tapşırığı ilə bir sıra rəsmilər hadisə yerinə göndəriliblər. 


***01: 31

Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı 8 nəfər ölüb.

"Report"un məlumatına görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanalara yerləşdiriliblər. 

Hadisənin terror aktı olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi