Yuxarı

Türkiyədə törədilən terror nəticəsində daha 3 əsgər şəhid olub, 10-u yaralanıb

Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Beytüşşebab rayonunda əsgərlərin olduğu avtomobilin partladılması nəticəsində 3 əsgər şəhid olub, 10-u yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, terror Beytüşşebab rayonunda əsgərlərin olduğu maşın gömrük məntəqəsinə gedərkən törədilib. Hadisə terrorçuların avtomobilin keçdiyi yola düzdüyü minanın partladılması nəticəsində baş verib.

Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Beytüşşebab Türkiyənin Şərqi Anadolu bölgəsində, İraq və Suriya sərhədlərinin 20 km-liyində yerləşir.

Xatırladaq ki, bu gün səhər saatlarında adı çəkilən əyalətin Uludərə rayonunda törədilən terror nəticəsində 5 əsgər şəhid olub, 8-i yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi