Türkiyədə terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı şəhid olub - YENİLƏNİB

Türkiyədə terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı şəhid olub - YENİLƏNİB Atışma nəticəsində 4 terrorçu məhv edilib
Region
2 Noyabr , 2017 11:21
Türkiyədə terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı şəhid olub - YENİLƏNİB

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonuda təhlükəsizlik qüvvələri və hərbçilərlə terrorçu PKK qruplaşması silahlıları arasında baş verən atışma nəticəsində 8 nəfər şəhid olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma nəticəsində 4 terrorçu məhv edilib.


*** 10:17

Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonuda təhlükəsizlik qüvvələri və hərbçilərlə terrorçu PKK qruplaşması silahlıları arasında atışma olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, nəticədə 2 hərbçi və 2 kənd qoruqçusu şəhid olub.

Atışma nəticəsində 4 terrorçu məhv edilib.

Sağ qalan terrorçuların İraq ərazisindən keçdiyi bildirilib.

Bölgədə anti-terror əməliyyatları davam edir. 

Son xəbərlər

Orphus sistemi