Yuxarı

Türkiyədə terrorçulara məxsus 3 tona yaxın partlayıcı aşkarlanıb

Türkiyədə terrorçulara məxsus 3 tona yaxın partlayıcı aşkarlanıb
Əməliyyat Van əyalətinin Muradi rayonunun Babacan məhəlləsinin dağlıq ərazisində keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətinin Muradiyə rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu PKK qruplaşmasına məxsus 2 ton 775 kq partlayıcı maddə aşkarlanaraq götürülüb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Muradiyə rayon Polis İdarəsi məlumat yayıb.

Əməliyyat Van əyalətinin Muradi rayonunun Babacan məhəlləsinin dağlıq ərazisində keçirilib. Nəticədə sənaye üsulu ilə hazırlanmış və ümumi çəkisi 150 kq. olan 15 ədəd ammonium-nitratla gücləndirilmiş kabel, partladılmaq üçün hazırlanmış 2 ton əldəqayırma partlayıcı və s. müsadirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi