Yuxarı

​Türkiyədə terrorçular yük avtomobillərini yandırıblar

PKK-çıların tutulması istiqaməitndə əməliyyat başlanılıb

Bakı. 11 iyul. REPORT.AZ/ PKK (Kürd Fəhlə Partiyası) terrorçuları Tükiyənin Doğubəyazit rayonunda Doğubəyazit-İğdır və Doğubəyazit-İran avtomobil yollarında 3 yük avtomobilini saxlatdıraraq yandırıblar.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, terrorçular avtomobillərə sürücüləri maşınlardan endirdikdən sonra od vurublar.

Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında isə atışma olub. PKK-çıların tutulması istiqamətində əməliyyat başlanılıb.

Baş verən hadisəyə görə, yolda tıxac yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi