Yuxarı
    Bağlamaq

    Türkiyədə terror aktı nəticəsində bir hərbçi ölüb, biri yaralanıb

    PKK terrorçuları su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib

    Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində terror aktı törədilib. 

    "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib. 

    Mərminin hərbçilərin qaldığı baraka düşməsi nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.

    Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi