Yuxarı
    Bağlamaq

    Türkiyədə tanınmış iş adamının dəfn mərasimi keçirilib

    Vəda mərasimində prezident Rəcəb Tayyip Ərdoğan və Baş nazir Əhməd Davutoğlu da iştirak edib

    Bakı. 24 yanvar. REPORT.AZ/ / Bu gün İstanbulda Türkiyənin tanınmış iş adamı, "KOÇ" Holdinq şirkəti İdarə Heyətinin sədri Mustafa Koçun dəfn mərasimi keçirilir.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən vəda mərasimində prezident Rəcəb Tayyip Ərdoğan və Baş nazir Əhməd Davutoğlu da iştirak edirlər.

    Infarkt nəticəsində dünyasını dəyişən Mustafa Koçun Zincirlikuyu məzarlığınında dəfn ediləcəyi bildirilir.

    Qeyd edək ki, "KOÇ" Holdinq Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koç təhvil verərək, özü fəxri sədr olub. Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısnda 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi