Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq

Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq Ancaq bütün təyyarələrdə təhlükəsizlik əməkdaşlarının olması nəzərdə tutulmayıb
Region
17 Yanvar , 2018 12:30
Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu ilin mart ayından Türkiyədə sərnişin təyyarələrində xüsusi təyinatlı polis əməkdaşları da uçacaq.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) uyğun qanunu təsdiqlədiyindən bu xidmət tətbiq ediləcək.

Məlumatda təyyarələrdəki polis əməkdaşlarının silahlı olacağı bildirilir.

Bununla belə, bütün təyyarələrdə təhlükəsizlik əməkdaşlarının olması nəzərdə tutulmayıb. Xüsusi təyinatlı polis əməkdaşları yalnız riskli sayılan uçuşlarda xidməti vəzifəsini icra edəcəklər. 

Son xəbərlər

Orphus sistemi