Yuxarı

Türkiyədə sərnişin avtobusu ilə mikroavtobus toqquşub: 34 yaralı

Xəsarət alan vətəndaşlar müxtəlif xəstəxanalara çatdırılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin Kahramanmaraş vilayətində bu gün səhər sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

"Report"un NTV telekanalına istinadla verdiyi xəbərə görə, Türkoğlu rayonunda baş verən bu qəza nəticəsində ən azı 34 nəfər yaralanıb.

Xəsarət alan vətəndaşlar müxtəlif xəstəxanalara çatdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi