Yuxarı

​Türkiyədə sel 10 evi və bir neçə körpünü aparıb

Ordu əyalətində 16 yerdə torpaq sürüşməsi qeydə alınıb

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyənin Ordu əyalətində leysan yağışları nəticəsində əmələ gələn sel və torpaq sürüşməsi 10 evi, bir neçə körpünü yıxıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, təbii fəlakət əyalətin Fatsa, Perşembe, Gürgentepe və Çatalpınar rayonlarında baş verib.

Məlumata görə, bölgədə 16 yerdə torpaq sürüşməsi qeydə alınıb, bəzi sənaye ərazilərində iş yerlərini və avtomobilləri su basıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi