​Türkiyənin Muş vilayətində PKK terrorçuları polisə hücum edib, 2 silahlı öldürülüb

​Türkiyənin Muş vilayətində PKK terrorçuları polisə hücum edib, 2 silahlı öldürülüb Hadisə yerindən qaçmış 1 terrorçunun yaxalanması məqsədilə xüsusi əməliyyat başlayıb
Region
2 Avqust , 2016 01:10
​Türkiyənin Muş vilayətində PKK terrorçuları polisə hücum edib, 2 silahlı öldürülüb

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyədə silahlı şəxslər polisə hücum edib.

"Report" "İhlas" agentliyinə istinadən xəbər verir ki, hadisə Muş vilayətində baş verib.

Belə ki, terrorçulara məxsus avtomobildən polisə atəş açılıb. Hüquq-mühafizə orqanlarının terrorçuların olduğu avtomobili təqib etməsi zamanı atışma baş verib. Nəticədə 2 pols əməkdaşı yaralanıb. Terrorçulardan 2-i  öldürülüb, 1-i isə yaxalanıb.

Yaralı polislər Muş Dövlət Xəstəxanasına göndərilib.

Hadisə yerindən qaçmış daha 1 terrorçunun yaxalanması məqsədilə xüsusi əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi