Yuxarı

Türkiyədə polis məntəqəsinə basqın olub, bir əsgər ölüb, 10-u yaralanıb

Partlayışın səsi 30 km uzaqlıqdan da eşidilib

Bakı. 4 may. REPORT.AZ/ Türkiyənin Mardin-Şanlıurfa avtomobil yolunun üstündə yerləşən Üçyol polis bölməsinin binasına terrorçu PKK qruplaşmasının bomba yüklənmiş avtomobilə basqını nəticəsində bir əsgər şəhid olub, 10-u yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, partlayışın səsi 30 km uzaqlıqdan da eşidilib. Polis bölməsinə qonşu olan Kovalıköy kəndində bəzi evlərə zərər dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi