Türkiyədə PKK başçılarından biri təslim oldu

Türkiyədə PKK başçılarından biri təslim oldu PKK terror təşkilatının başçılarından biri Türkiyənin cənub-şərqindəki Hakkari əyalətində ölkənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Region
5 İyun , 2020 04:58
Türkiyədə PKK başçılarından biri təslim oldu

PKK terror təşkilatının başçılarından biri Türkiyənin cənub-şərqindəki Hakkari əyalətində ölkənin təhlükəsizlik qüvvələrinə təslim olub.

"Report" xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi bildirib.

İnformasiyaya əsasən, asayiş keşikçiləri R.Y-nu silahı yerə qoymağa və təslim olmağa razı salıblar.

Bildirilir ki, o, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan terrorçulardan biri olub. Hakimiyyət terrorçunun tutulmasına görə 1 milyon lirə pul mükafatı vəd edib.

Nazirlikdə qeyd ediblər ki, ilin əvvəlindən 82 PKK terrorçusu hakimiyyətə təslim olub.

Son xəbərlər

Orphus sistemi