Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyədə növbəti terror aktı törədilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib.
Belə ki, terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 7 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib.
Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb.