Türkiyədə partlayış baş verib, 3 hərbçi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB

Türkiyədə partlayış baş verib, 3 hərbçi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB Hadisə Gabar dağında baş verib
Region
4 Aprel , 2017 11:58
Türkiyədə partlayış baş verib, 3 hərbçi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB

Bakı. 4 aprel. REPORT.AZ/ Şırnakda baş verən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 3-ə çatıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Şırnak valiliyindən bildiriblər.

“Şırnak əyalətinin Uludərə rayonunda Altıntepe bölgəsində və Gabar dağında davam edən əməliyyat nəticəsində terrorçu PKK-nın 5 silahlısı zərərsizləşdirilib”, - deyə açıqlamada vurğulanıb.

*** 11:33

Türkiyənin Şırnak bölgəsində partlayış nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Gabar dağında təhlükəsizlik orqanlarının əməkdaşları axtarış-əməliyyat tədbiri həyata keçirən zaman əldəqayırma partlayıcı qurğu partlayıb.

Məlumata görə, bölgədə terrorçu PKK-ya qarşı antiterror əməlliyyat keçirilir.

Son xəbərlər

Orphus sistemi