Yuxarı

Türkiyədə iki partiya qərargahında partlayış olub

Ən azı altı nəfər yaralanıb

Bakı. 18 May. REPORT.AZ/ Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) Mersin və Adana şəhərlərindəki qərargahları yaxınlığında iki partlayış olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı altı nəfər yaralanıb.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

İctimai rəy sorğusunun nəticəsinə görə, HDP seçicilərin 11 faizə qədərinin səsini qazana bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi