Yuxarı
    Bağlamaq

    Türkiyədə mübahisəli qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb

    Sənəd bütün Türkiyə ərazisində hüquq müdafiəçilərinin etirazına səbəb olub

    Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyədə bəzi hallarda yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə cinayət məsuliyyətinə cəlb edilməməklə bağlı qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb.

    "Report" "Euronews"a istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının belə bir qərara gəldiyini bildirib.

    Qeyd edək ki, qanun layihəsi bütün Türkiyə ərazisində hüquq müdafiəçilərinin etirazına səbəb olub.

    Xatırladaq ki, sənəddə zor tətbiq etmədən yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan, ardından nikaha girən insanları cəzalandırmamaq təklif edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi