Yuxarı
    Bağlamaq

    Türkiyədə mitinq zamanı baş verən partlayışda ölənlərin sayı üçə çatıb

    80 nəfərin xəsarət aldığı bildirilir. Yaralanlar arasında iki polis əməkdaşı da var

    Bakı. 6 İyun. REPORT.AZ/ Türkiyənin şərqindəki Diyarbəkir şəhərində kürdtəmayüllü Xalqların Demokratik Partiyasının (HDP) izdihamlı mitinqi vaxtı baş verən partlayış nəticəsində ölənlərin sayı üçə çatıb.

    "Report" Türkiyə mətbuatına istinanəd xəbər verir ki, teror aktı zamanı 80 nəfərin xəsarət alıb. Yaralanlar arasında iki polis əməkdaşı da var.

    Hadisə bazar günü keçəcək parlament seçkilərindən əvvəl yer alıb.

    Partlayışın səbəbləri naməlum qalır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan hadisəni seçkiqabağı sabitliyi pozmağa yönəlmiş “təxribat” kimi dəyərləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi