Yuxarı

​Türkiyədə kürd yaraqlıları daha bir polisi qətlə yetirib

Hadisə Cizrə şəhərində baş verib

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Şırnak əyalətinin Cizrə şəhərinin küçələrində baş verən iğtişaşlar zamanı polisə məxsus zirehli maşının kürd yaraqlıları tərəfindən qumbaraatandan atəşə tutulması nəticəsində bir nəfər polis həyatını itirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, polis qüvvələri zirehli maşınlarda fəaliyyəti ölkədə qadağan olunan Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları tərəfindən təşkil olunan iğtişaşların iştirakçılarını dağıtmaq üçün gəlmişdi.

Zirehli maşınlardan birini yaraqlılar qumbaraatandan atəşə tutublar. Nəticədə maşında olan polis əməkdaşı həlak olub. Aralarında biri polis olmaqla, daha üç nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıblar. Hazırda yaraqlıların tapılaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi