Türkiyədə koronavirusdan ölənlərin sayı 2,1, yoluxanların sayı 90 mini ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 2,1, yoluxanların sayı 90 mini ötdü Türkiyədə daha 123 nəfər pandemiyanın qurbanı olub”.
Region
20 Aprel , 2020 21:04
Türkiyədə koronavirusdan ölənlərin sayı 2,1, yoluxanların sayı 90 mini ötdü

"Türkiyədə daha 123 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 140 nəfərə çatıb.

“Bu gün 39 703 test aparılıb, 4 674 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 90 980 nəfərdir. Bu gün daha 1 454 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 430 nəfərdir”, - nazir qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 444 000-i ötüb. Bunların 640 252 nəfəri sağalıb, 167 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi