Türkiyədə koronavirus xəstələrinin sayı 27 mini keçdi

Türkiyədə koronavirus xəstələrinin sayı 27 mini keçdi Türkiyədə koronavirusa yoluxma bir gün ərzində daha 3 min nəfər artıb.
Region
5 Aprel , 2020 21:35
Türkiyədə koronavirus xəstələrinin sayı 27 mini keçdi

Türkiyədə koronavirusa yoluxma bir gün ərzində daha 3 min nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, ölkədə koronavirus xəstələrinin sayı 23 934-dən 27 069 nəfərə yüksəlib. 

Nazirin sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 501-dən 574 nəfərə çatıb.

"Bu gün 20 065 test keçirilib, 3 135 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 27 069 nəfərdir. Bu gün biz daha 73 pasiyent itirdik, ümumilikdə 574 ölü. Bu gün daha 256 pasiyent sağaldı, ümumi say 1 042 nəfərdir", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi