Yuxarı

Türkiyədə koronavirus qurbanlarının sayı 75 nəfərə çatdı

Türkiyədə koronavirus qurbanlarının sayı artdı

1416

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter"dəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-i ötüb. 

"Bu gün 7 286 test aparıldı, 1 196 yeni yoluxma aşkarlandı. 16 xəstə öldü. Hazırda ölənlərin ümumi sayı 75, xəstələrin sayı 3 629 nəfərdir", - deyə səhiyyə naziri özünün "Twitter"dəki səhifəsində yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi