Yuxarı

​Türkiyədə kişilərin sayı qadınlardan 281 min nəfər çoxdur

Ölkə üzrə qadınların ömürlərinin uzunluğu 80,7 ildir

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi isə qadındır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Statistika Təşkilatı məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin 39 milyon 511 min 191-i kişi, 39 milyon 229 min 862-i isə qadındır. Ölkə üzrə qadınların ömürlərinin uzunluğu 80,7 il, kişilərinki isə 75,3 ildir.

Türkiyədə qadınların sayı kişilərin sayından 281 min 229 nəfər azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi